"KOIR Record" ilə bütün qarşılıqlı münasibətlərinizi analiz edin.

"KOIR Record" zəng qeyd həlli əlaqə mərkəzinin menecerlərinə xidmət məsələlərini başa düşməyə və daha sonra müştəri ilə əlaqələri və xidmət keyfiyyətini təhlil etməyə kömək edir. Həllimizlə siz operatorların kompyuterlərini monitorinq üçün xüsusi vasitələrdən istifadə edərək izləyə bilərsiniz. Müştərilərlə şirkətiniz arasında hər dəqiqədə müxtəlif kanaldan minlərlə qarşılıqlı əlaqə baş verir. Bu kommunikassiyalar müştəriləri və onlara təklif etdiyiniz xidmətlər haqqında bir çox məlumat ehtiva edir. Təklif etdiimiz həll - bunların hamısını qeyd edir, yəni telefon və video zənglər, onlayn veb-çatlar, email və s. Emosiya aşkarlama funksiyası qısa bir zamanda reaksiya verməyə, dinləməyə, səhv olanları oxumağa və təhlil etməyə imkan verir. Məzmunu yoxlamaq imkanı çatlar, e-poçtlar, smslər və sosial şəbəkə qarşılıqlı əlaqələri üçün işləmə müddətini müəyyənləşdirməyə kömək edir. Keyfiyyətə nəzarət hər zaman standart seçim olaraq mövcuddur. Şikayətləri olan danışıqları asanlıqla sıralaya bilərsiniz. Həmçinin, tətbiqimiz operator qiymətləndirməsi ilə də kömək edir.
"KOIR Record" funksiyaları:
  1. İstənilən dildə tətbiq edilə bilər.
  2. Bütün qarşılıqlı kanallar üçün işləyir.
  3. Onlayn monitorinq.
  4. Operator kompyuterlərinin yazılması.
  5. Keyfiyyətə nəzarət və idarəetmə.
  6. Telefon və video zənglər üçün emosiyalar aşkarlanması.
  7. Çatlar, email-lar, fakslar, sms-lər və sosial media üçün məzmuna nəzarət.
  8. İstifadəsi asan, veb vasitəsilə konfiqurasiya edilir.
  9. Dərin və ətraflı hesabatlar.
  10. Ümumi audit qeydləri.
Date and time: 04-11-2020 09:15.
Duration: 00:06:15.
Caller: +994507658484
Agent: Peter Stan (PostPaid)
Çat transkripsiyası
Tarix: 04-11-2020 09:15.
Müştəri: Abdul Kərimov
Email: akarim@koket.com
Nişangah: Azərbaycan, Sumqayıt
Veb brauzer: Firefox 6.5.3 (Linux)
Operator: Selcuk Nur (Korporativ)

Selcuk Nur - (04-11-2020 09:15) - "Koir Flex" Sizi salamlayır. Abdul bəy, buyurun, sualınızı təqdim edə bilərsiniz.
Abdul Kərimov - (04-11-2020 09:16) - Salam Selcuk bəy. Sumqayıtda hansı filialınız, və ya digər nöqtəniz 24/7 işləyir? Deyə bilərsiniz mi? Açığı, mən bu məlumatı tapa bilmədim.
Selcuk Nur - (04-11-2020 09:16) - Deməli, Sumqayıtda 24/7 işləyən bir filial var. Dəmir yol stansiyasında yerləşir. Yəni, vağzalın daxili ərazisində.
Abdul Kərimov - (04-11-2020 09:17) - Aydındır. Təşəkkür edirəm
Çat transkripsiyası
Tarix: 04-11-2020 12:48.
Müştəri: Esmira Əliyeva
Email: eska_al@feridon.az
Nişangah: Azərbaycan, Bakı
Veb brauzer: Microsoft Edge 10.2 (Windows)
Operator: Selcuk Nur (Korporativ)

Selcuk Nur - (04-11-2020 12:48) - Koir Flex" Sizi salamlayır. Esmira xanım, buyurun, sualınızı təqdim edə bilərsiniz.
Esmira Əliyeva - (04-11-2020 12:49) - Salam. Bir neçə sualım var.
Selcuk Nur - (04-11-2020 12:50) - Buyurun.
Esmira Əliyeva - (04-11-2020 12:51) - KFlex kod ilə KFlex hesabın fərqi nədir?.
Selcuk Nur - (04-11-2020 12:52) - "KFlex kod" saytda qeydiyyatdan keçmədən ödəniş etmək üçündür. KFlex koddan bir dəfə istifadə edilə bilər. Əgər mütamadi olaraq ödənişlər edirsinizsə məsləhət görürük ki, özünüzə KFlex hesab açasınız.
Çat transkripsiyası
Tarix: 04-11-2020 15:48.
Müştəri: Fəridə Əliyeva
Email: farida_aliyeva@bolli.com
Nişangah: Azərbaycan, Bakı
Veb brauzer: Microsoft Edge 10.2 (Windows)
Operator: Selcuk Nur (Korporativ)

Selcuk Nur - (04-11-2020 15:48) - Koir Flex" Sizi salamlayır. Fəridə xanım, buyurun, sualınızı təqdim edə bilərsiniz.
Fəridə Əliyeva - (04-11-2020 15:49) - Salam. Bir sualım var. Şirkətiniz vasitəsi ilə Azərbaycanda MMC necə qeydiyyatdan keçirilir?
Selcuk Nur - (04-11-2020 15:50) - Azərbaycanda şirkətin (Məhdud Məsuliyyətli Cəmiyyət) qeydiyyatdan keçirilməsi qaydaları sadələşdirilmişdir və ərizə forması, şirkətin təsis sənədləri kimi minimal sənədlər tələb edilir. Ofisimizə, şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmaq kifayətdir və bu sənədlərin hazırlanmasında biz Sizə tam yardımçı ola bilərik. Qeydiyyat orqanı isə Vergilər Nazirliyidir.
Fəridə Əliyeva - (04-11-2020 15:51) - Təşəkkür edirəm!
Onlayn rabitə (telefon və çat) üçün qarışıq hesabat nümunəsi
Mobil cihazda cədvəli sağa çəkin
Qiymətləndirmə xalları (Evaluation score) və işçilərin idarəetməsi (Workforce Management) standart olaraq hər tətbiqimizə daxildir.
Mətn formatında telefon və video zənglərin transkripsiyasını da əldə edə bilərsiniz.
Geriyə zəngin idarə edilməsi
Əlaqə mərkəzinə telefon zəngi etdikdə ilk növbədə ümumi istifadə olunan ...
Geriyə zəngin idarə edilməsi
Əlaqə mərkəzinə telefon zəngi etdikdə ilk növbədə ümumi istifadə olunan telefon şəbəkəsi (PSTN) vasitəsilə müştərilərə IVR cavab verir. Sonra abunə işçi ilə əlaqə qurma seçimini edərsə, boş operator mövcudluğu sistem tərəfindən yoxlanılır. Azad operator...
Video zənglər
Müasir dünyamızda ənənəvi rabitə üz-üzə görüşməyi əvəz edə bilməz. Əksər ...
Video zənglər
Müasir dünyamızda ənənəvi rabitə üz-üzə görüşməyi əvəz edə bilməz. Əksər hallarda əlaqə mərkəzi kanallarına video əlavə etmək əsas iş çevrilməsidir. Satış, xidmət və ya əlaqələrin idarəedilməsi üçün müştərilərinizlə onlayn müzakirələr aparmaq üçün canlı...
Integrasiyalar
Operator tətbiqinin əsas funksionallığı CRM sisteminin çoxkanallı rabitə ilə...
Integrasiyalar
Operator tətbiqinin əsas funksionallığı CRM sisteminin çoxkanallı rabitə ilə birləşdirilməsidir, məsələn, telefon zəngləri, e-poçt, sosial şəbəkələr, çat və mobil istifadəçilər üçün tək bir "1-pəncərə" interfeysi. "CTI Desktop" ilə ...
Bizimlə əlaqə

Düyməni tıklayaraq fərdi məlumatların işlənməsini qəbul edirsiniz
Copyright © KOIR FLEX all rights reserved.